Səbaildə hoteldə yanğın olub (Yenilənib)

img

25-03-2024 [14:37]


Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.

Mia.az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.

***

Bakıda hotel yanır.

Mia.az FHN-ə istinadla xıbər verir ki, hadisə Səbail rayonunun Qəsr küçəsində qeydə alınıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR