Ukrayna ordusu Rusiyanın aviazərbələrinə adekvat cavab verdi - İki desant gəmisi vuruldu

img

24-03-2024 [22:04]


Rusiya ordusi Moskvada 137 nəfərin həyatını itirdiyi terror aktından sonra Ukraynanın paytaxtı Kiyev daxil olmaqla bir çox iri şəhərlərini raket və aviazərbələrə məruz qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, terror aktında Ukraynanı məsul tutan Rusiya bu gün Kiyevlə bərabər, Polşa ilə sərhəddə yerləşən Lvova hava zərbələri endirib: "Ukrayna şəhərlərində böyük dağıntılar var..." 

Məlumata görə,  zərbələrin miqyası o qədər böyük olub ki, Polşada döyüş təyyarələri mümkün sərhəd pozuntularına qarşı havalandırıb: "Hətta Rusiyanın atdığı bir neçə raketin Polşa ərazisinə düşməsi barədə də xəbərlər var".

Məlumata görə, Ukrayna bu hücumlara cavabda gecikməyib. 

Ukrayna ordusu Rusiyanın Qara dənizdəki daha iki desant gəmisini vurduğunu bəyan edib: "Ukrayna Silahlı Qüvvələri Rusiya Qara Dəniz Donanmasının “Yamal” və “Azov” amfibiya desant gəmilərini, rabitə mərkəzini və bəzi infrastruktur obyektlərini məhv edib...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR