Arif Əsədov: "Sabah bizi ciddi rəqib gözləyir" - VİDEO

img

24-03-2024 [17:03]


"Sabah bizi ciddi rəqib gözləyir. Biz də yaxşı hazırlaşmışıq".

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA Series - Edition 2024”  çərçivəsində sabah saat 20.00-da Bakıda keçiriləcək Azərbaycan - Bolqarıstan millilərinin oyunu haqda təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, Bolqarıstan millisi güclü komandadır: "Düşünürəm ki, matç çətin olacaq. Heyətdə əhval-ruhiyyə yüksək səviyyədədir. Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”.

Mətbuat konfransında çıxış edən millinin kapitanı Emin Mahmudov isə deyib: "Motivasiya problemimiz yoxdu. Keçən oyunda daha çox qol vura bilərdik. Bu dəfə çalışırıq ki, keçən dəfəki səhvləri təkrar etməyək".

Mətbuat konfransından sonra millinin mediaya açıq məşqi başlayıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR