Xankəndidə kollec və məktəbdə silah-sursat tapılıb

img

24-03-2024 [10:00]


Xankəndi şəhərində Musiqi Kolleci ilə məktəbin zirzəmilərindən silah-sursat tapılıb.

Mia.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR