Putin xalqa səsləndi, sərt xəbərdarlıq elədi: "Bu hadisədə əli olan hər kəs cəzalanacaq" - "Rusiya kəşfiyyatı bu istiqamətdə işləyir"

img

23-03-2024 [17:25]


"Krocus City Hall"dakı terror aktı barbarlıqdır"

Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin 150 nəfərin öldüyü dəhşətli terrorla bağlı xalqa müraciətində  deyib.

O, dünənki terrorda xeyli dinc insanın həlak oldğunu qeyd edərək, onların ailələrinə başsağlğı verib.

Prezident terrorçuların hadisədən sonra Ukraynaya qaçmaq istədikərini bildirib: "Onların hamısı saxlanılıb. Onlar Ukraynaya qaçmağa can atsalar da, təhlükəsizlik qüvvələrimiz onları tutublar. İstintaq davam edir. Terrorçuların arxasında duranlar layiqli cəzalarını alacaqlar. Bu hadisə hərtərəfli araşdırılacaq. Əli  olan hər kəs cəzalanacaq. Rusiya kəşfiyyatı bu istiqamətdə işləyir. Heç bir qüvvə Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz. Rusiya ən çətin sınaqlar zamanı həmişə daha da güclənib, indi də belə olacaq".

Putin martın 24-ü üçün Rusiyada milli matəm elan edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR