Emin Ağalarov "Krokus siti holl"dakı amansız hadisədən yazdı: "Kədərimizi təsvir edəcək söz tapmıram”

img

23-03-2024 [10:43]


“Krokus Qrup”un birinci vitse-prezidenti Emin Ağalarov “Krokus siti holl”un konsert zalında törədilmiş dəhşətli terror aktı haqqında açıqlama verib.

Mia.az xəbər verir ki, o, "İnstaqram"dakı hesabında “Krokus siti holl”da həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib: "Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Kədərimizi təsvir edəcək söz tapmıram”.

Xatırladaq ki, son məlumata görə, terror aktı nəticəsində 82 nəfər ölüb, 147 yaralı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR