Türkiyə Rusiyadakı dəhşətli terroru qınadı - Hakan Fidan Lavrovla danışdı, Ərdoğan başsağlığı verdi

img

23-03-2024 [10:18]


Türkiyə Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını pisləyib.

Mia.az xəbər verir ki, hadisədən sonra Xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb, ona başsağlığı verib.

Fidan Lavrova Türkiyənin Moskvadakı terror aktını pislədiyini, prezident Rəcəb Tayyib Ərdoğan və türk xalqının Rusiya xalqına və hökumətinə başsağlığı verdiyini bildirib.

XİN başçısı çoxlu sayda ölənlərə görə kədərləndiklərini bildirib, yaralılara şəfa diləyib: "Günahsız dinc sakinləri hədəf alan bu mənfur terror aktını qətiyyətlə pisləyirik. Rusiya xalqına və Rusiya hökumətinə dərin hüznlə başsağlığı veririk".

Xatırladaq ki, son məlumata görə, terror aktı nəticəsində 82 nəfər ölüb, 147 yaralı var.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR