Şəmkirdə bir ailənin 3 üzvü bıçaqlandı

img

22-03-2024 [09:03]


Şəmkirdə ötən gün bir ailənin üç üzvünün bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

Məlumatına görə, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və qızları, 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşı 1991-ci il təvəllüdlü Sahib Heydərovdur. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib(Report).

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR