PUTİN MEYDAN OXUDU, SOVET İTTİFAQINI XATIRLATDI: "Onlar cəzasız qalmayacaq"

img

19-03-2024 [19:00]


Yenidən Rusiya prezidenti seçilən Vladimir Putin bu gün Federal Təhlükəsizlik Xidmətinin (FTX) genişləndirilmiş iclasında dünyanın hakim kəsildiyi mühüm mesajlar verib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, Ukraynanın son həftələrə Rusiya ərazisinə hücumlarına toxunaraq bunu Qərbin göstərişi ilə həyata keçirilən terror aktı sayıb.

Putin qeyd edib ki, Qərb hazırda müxtəlif transsərhəd radikal terror qruplaşmalarından fəal şəkildə yararlanır: "Onlar bu qrupları Rusiyaya qarşı təcavüzü təşviq edirlər. Dövlət sərhədlərinin, xüsusən də hərbi əməliyyatların aparıldığı bölgələrin möhkəmləndirilməsi üçün çox iş görülüb. Bu səbəbdən Ukraynadan nizami hərbi birləşmələrin və xarici muzdluların Rusiya ərazisinə soxulmaz cəhdləri uğursuz alınır. Ancaq buna baxmayaraq, Ukrayna Qərbin göstərişi ilə terror üsullarına əl atmaqda davam edir. Neonasist Kiyev rejiminin tez-tez birbaşa sifarişlə terror üsullarına əl atması təbiidir. Bura mülki əhalinin yaşadığı şəhərlərin bombalanması, dövlət rəsmilərinə və ictimai xadimlərə qarşı sui-qəsdlər, hücumlar daxildir. Rusiyada kritik infrastruktur obyektləri və çoxlu sayda insanın yerləşdiyi yerlərdə sabotaj və terror aktlarının icraçılarını şirnikləndirmək cəhdləri var. Ancaq hər kəs bilsin ki, torpaqlarımıza soxulmaq cəhdləri heç vaxt bağışlanmayacaq. Harada olurlarsa olsunlar, Rusiya ərazisinə girməyə cəhd edən, terror və təxribata cəhd edənlər heç bir məhdudiyyət olmadan ən ağır şəkildə cəzalandıracaqlar. Rusiya Qızıl Ordusunun tarixdə sovet ərazisinə etdiklərini xatırladıram, bunukimsə unutmasın...".

Putin daha sonra daxildəki "satqın"lardan söz açıb: "O ki qaldı bu satqınlara, sahibləri onlara heç aman vermir, qırğına yem kimi atırlar. Bu, bizə sərf edir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR