Toni Kroos 3 ildən sonra Almaniya millisinə çağırıldı

img

19-03-2024 [18:21]


2021-ci ildə Almaniya millisindən ayrılan Toni Kroos 3 illik fasilədən sonra yenidən həyətə çağırıllıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann 34 yaşlı futbolçunu yoldaşlıq oyunlarına dəvət edib.

O, Fransa və Hollandiya ilə oyunlarda meydanda olacaq.

Baş məşqçi Toni Kroosdan başqa, heyətə daha 6 yeni futbolçu - “Bavariya”dan Aleksandr Pavloviç, “Ştutqart”dan Valdemar Anton, Maksimilian Mittelştadt və Deniz Undav, “Hoffenhaym”dan Maksimilian Beier və “Heydenhaym”dan Yan-Niklas Beste də heyətə dəvət edib.

Xatırladaq ki, "Real Madrid"də çıxış edən Toni Kroos 106 dəfə Almaniya millisinin formasını geyinib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR