Prokurorluq jurnalist Fərahim Qasimovun anasının ölümü ilə bağlı açıqlama yaydı

img

19-03-2024 [12:04]


Prokurorluq Bakının Sabunçu rayonunda hospitalda jurnalist Fərahim Qasımovun anasının qəfil ölümü ilə bağlı açıqlama yayyıb.

Mia.az xəbər verir ki,  Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə,  martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, jurnalist Fərahim Qasimov dünən anasının sağlam olaraq getdiyi "Stimul Hospital"da həkim səhlənkarlığı nəticəsində - sistem köçürülərkən öldüyünü yazıb:

"“Dünən, bu gün anamla danışırdıq. Heç bir ciddi problemi yox idi. Tibb bacısı Mələk Abbasova yoxlama etmədən sistem köçürüb. Elə sistemdən sonra da anam vəfat edib. Həkimi İlham Hüseyn yaxasını kənara çəkir. Halbuki müalicəni o yazıb. Hələ bu azmış kimi anamı təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. Sonradan tez reanimasiyaya keçirib, süni tənəffüs aparatına bağlayıblar, guya müdaxilə ediblər, amma xilas etməyiblər. Halbuki anam elə sistem altında keçinmişdi...”.

Allah rəhmət eləsin!

 


Digər xəbərlər
SON XƏBƏRLƏR