RUSİYADA SEÇKİ: Putin 87 faizlə qalib gəldi, bəs rəqibləri? - Açıqlamalar (YENİLƏNİB)

img

18-03-2024 [08:52]


Vladimir Putin Rusiyada 3 fün davam edən səsvermə ilə prezident seçkilərində qalib gəlib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, "Ekzit-pol"un nəticələrinə görə, Vladimir Putinn prezident seçkilərində 87,8 faiz səs toplayaraq növbəti dəfə ölkəyə rəhbərlik etmək səlahiyyəti qazanıb: "Kommunist Partiyasından Nikolay Xaritonov 4,7 faiz, Yeni Xalq Partiyasından Vladislav Davankov 3,6 faiz, Liberal Demokrat Partiyasından Leonid Slutski isə 2,5 faiz səs toplayıb. Səslərin 1,4 faizi etibarsız sayılıb".

Rusiya Mərkəzi Seçki Komissiyasından isə bildirilib ki, üç gün davam edən prezident seçkiləri ölkənin ən qərb bölgəsində yerləşən Kalininqrad vilayətində Moskva vaxtı ilə saat 21:00-da seçki məntəqələrinin bağlanması ilə başa çatıb: "Ölkə üzrə 80-dən çox bölgədə həm birbaşa, həm də onlayn qaydada səsvermə keçirilib. Moskva da daxil olmaqla, ümumilikdə 29 regionda onlayn qaydada səsvermə olub. Seçkidə seçicilərin 74 faizdən çoxu səs verib".

Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova seçkilərin gözlənilən kimi müsbət atmosferdə keçdiyini qeyd edib: "İndiyədək səsvermənin 27,28 faizi açıqlanıb və Putin səslərin 87,8 faizini, Xaritonov 3,89 faizini, Davankov 3,79 faizini, Slutski 2,97 faizini toplayıb".

O qeyd edib ki, seçkiləri 129 ölkədən 1115 beynəlxalq müşahidəçi və ekspert izləyib.

***

Son məlumata görə, Rusiyada seçki bülletenlərinin 99,1 %-i sayılıb.

Mia.az xəbər verir ki, bu barədə Rusiya MSK son məlumatı paylaşıb.

Məlumata görə, Vladimir Putin 87,33 % faiz səslə qalib gəlib: "Onun rəqibləri Nikolay Xaritonov  4,31%, Vladislav Davankov 3,79%, Leonid Slutski isə cəmi 3,19 % səs yığıblar".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR