Niko Kovac və köməkçiləri istefaya göndərilib - Açıqlama

img

18-03-2024 [09:07]


Almaniya Bundesliqa komandalarından olan "Volfsburq" baş məşqçini istefaya göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, Niko Kovaç uğursuz oyun seriyasına görə komandanın baş məşqçisi vəzifəsindən azad edilib: "Onunla birlikdə köməkçi məşqçilər Robert Kovaç və Aaron Briqqsin də komandadan göndərilib".

Xatıladaq ki, 2022-ci ildə "Volfsburq"la anlaşan Niko Kovaç 66 matçda komandanın sükanı arxasında olub.

Onun komandası son 11 matçda qalib gələ bilməyib.

"Volfsburq" hazırda 25 xalla 14-cü yerdədir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR