İsrail prezidenti: "Əsirlər gətirilməyənə qədər qələbədən danışa bilmərik"

img

18-03-2024 [00:16]


"HƏMAS-ın əlində olan israilli əsirlər geri gətirilməyənə qədər qələbədən danışa bilmərik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin İsrail prezidenti İsaak Hersoq Qərbi Qüdsdəki hərbi xatirə abidəsinin önündə  keçirilən mərasimdə deyib.

Prezident Qəzzadakı müharibədən söz açaraq, qalib gələcəklərini təkrarlayıb: "Biz bu müharibədən zəfərlə çıxacağıq. Bunda qərarlıyıq. HƏMAS-ın gorov saxladığı sağ və ya cəsədləri olan israilliları ümtləq azad etməliyik. Onlar geri gətirilməyənə qədər Qəzzada zəfərdən söhbət gedə bilməz". 

Müdafiə naziri Yoav Gallant isə mərasimdə Qəzzadakı savaşın son mərhələyə gəldiyini bildirib: "Hazırda hərbi əməliyyatlarımızın əsas qayələrinin başında əsirlərin azadlığı durur. Bunun üçün Qəzzada son əməliyyat planı da təsdqilənib. Əsirlərin Qəzzadan gətirilməsi üçün hər vasitə əl atırıq..." 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR