Netanyahu Qəzzadakı son sığınağa hücumun tarixini verdi: "Dostlarımıza deyirəm ki..."

img

18-03-2024 [00:03]


"Rafaha hücum bir neçə həftəyə başlayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion bəyanatı İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasından əvvəl jurnalistlərə açıqlamasında verib.

O, oktyabrın 7-dən bəri  hərbi və diplomatik cəbhədə döyüşdüklərini qeyd edib. Bildirib ki, hazırda Qəzzadakı savaşa görə ölkəsinə beynəlxalq təzyiqləri çox güclənib: "Beynəlxalq ictimaiyyətdə orduya, hökumətə və mənə qarşı əsassız ittihamlar həddən artıq çoxalıb. Bizə hədəfimizə çatmadan müharibəni dayandırmağa çalışırlar. Onlar bunu indi daha güclü şəkildə, daha səylə tələb edirlər. Ancaq onlar bizə mane ola bilməyəcək. HƏMAS-ı yox edəcəyik. Bütün girovlarımız azad olunacaq və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin edəcəyik. Beynəlxalq ictimaiyyətdəki dostlarımıza deyirəm: Holokostdan sonra yəhudilərin ən dəhşətli qətliamı olan 7 oktyabrı bu qədər tez miunutmusunuz? İsrailə təzyiq etməkdənsə, HƏMAS və onun sahibi olan İrana təzyiq edin".

Baş nazir daha sonra 1.3 milyon insanın sığındığı və Qəzzada son və qismən təhlükəsiz sığnacaq sayılan Refahda əməliyyat bir neçə həftəyə başlayacağını bəyan edib: "Rafaha əməliyyat planını təsdiq etdik...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq