Putin TŞ üzvlərini topladı: "Ukrayna seçkilərə təsir göstərməyə çalışır"

img

15-03-2024 [23:50]


Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiyada keçiriləcək prezident seçkilərinə təsir etmək üçün yaşayış məntəqələrinə hücum etdiyini bəyan edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, Rusiya Təhlükəsizlik Şurasının (TŞ) üzvləri ilə onlayn görüşdə son günlərdə Ukrayna hərbçilərinin Rusiyanın ərazilərinə hücuimunu cavabsız qoymayacaqlarını deyib.

Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və digərlərinin iştirak elədiyi iclasda Putin ölkədə keçirilən seçkiinin təhlükəsizliyi ilə bağlı məsələ qaldırıb: "Bu gündən 3 gün səısvermə olacaq. Kiyevdəki neonasist rejimi səsvermə prosesini pozmaq və insanları qorxutmaq üçün bir sıra cinayətkar silahlı aksiyalar planlaşdırıb. Onlar Rusiya ərazisində mülki əhaliyə hücumlar həyata keçirirlər. Təəssüf ki, mülki itkilərimiz də var. Onların ailələrinə lazım olan hər cür yardım və dəstək göstəriləcək. Düşmənin bu hücumları cəzasız qala bilməz".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR