“Bakcell”ə kommunikasiya direktoru təyin olunub - Aysel Süleymanova kimdir?

img

15-03-2024 [17:40]


“Bakcell” şirkətinə yeni Ictimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə direktor təyin edilib.

Şirkətdən Mia.az-a bildirilib ki, Aysel Süleymanova adıçəkilən posta təyinat alıb.

A. Süleymanova "Bakcell"ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkətində (AZAL) Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib.

A. Süleymanova eyni zamanda "AmCham Azerbaijan"da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.

"Bakcell" şirkəti NEQSOL Holdingin tərkibinə daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR