Netanyahu HƏMAS-ın atəşkəs təklifini rədd etdi, hücum siqnalı verdi: "Ordu mülki əhalinin təxliyyəsinə hazırlaşır"

img

15-03-2024 [17:29]


İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın atəşkəs və əsir mübadiləsi ilə bağlı dünən Misir və Qətərə göndərdiyi təklifləri birmənalı rədd edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bu barədə açıqlamasında HƏMAS-ın reallıqdan uzaq tələblər irəli sürdüyünü deyib və bununn qəbulolunmaz olduğunu bəyanlayıb.

Baş nazir daha sonra 1.3 milyondna çox insanın sığındğı Rəfah qəsəbəsinə hücumun anonsunu verib: "Rəfaha hücum planı təsdiqlənib. İsrail ordusu Qəzzanın cənubundakı Rəfaha hücumla bağlı oradakı mülki əhalinin təxliyyəsinə hazırlaşır"

Xatırladaq ki, HəMAS dünən İsraillə atəşkəs və əsir mübadiləsi razılaşması ilə bağlı yeni təklifini Qətər və Misirdəki vasitəçilərə göndərdiklərini açıqlayıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR