Çempionlar Liqasında 1/4 və yarımfinalın püşkü atıldı - Erkən final olacaq (QARŞILAŞMALAR)

img

15-03-2024 [15:11]


Bu gün Çempionlar Liqasında 1/4 və yarımfinal oyunlarında rəqiblər müəyyənləşib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu gün atılan  püşk nəticəsində 1/4-də erkən final olacaq.

Belə ki, "Real Madrid" və "Mançester Siti" 1/4 finalda üz-üzə gələcəklər.

1/4 finalda ilk görüşlər aprelin 9-10-da, cavab görüşləri isə 16-17-də oynanılacaq. 

30 aprel-1 may və 7-8 may tarixlərində isə yarımfinallar olacaq.

Final oyunu iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Beləliklə: 

1/4 final

Arsenal (İngiltərə) - Bayern Münhen (Almaniya)

Atletico Madrid (İspaniya) - Borussia Dortmund (Almaniya)

"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Paris Saint-Germain (Fransa) - Barselona (İspaniya)

1/2 final

Atletiko Madrid (İspaniya) - Borussia Dortmund (Almaniya) / Paris Saint-Germain (Fransa) - Barselona (İspaniya)

"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya) / "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR