İsrail hərbçiləri fələstinlilərin məhəllələrin basqınları davam etdirir - Həbslər var

img

15-03-2024 [11:59]


İsrail hərbçiləri fələstinlilərin məhəllələrin basqınları getdikcə gücləndirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, ötrən gecədən başlayaraq, İsrail əsgərləri 12 hərbi maşınla İordan çayının qərb sahilindəki Tulkerim şəhərinin şimalındakı Baa qəsəbəsinə basqın edib: "Əsgərlər şəhərdə bir çox ev və mağazaya girib, qanunsuz axtarışlar aaprıb, insanlara zor tətbiq ediblər. Bir ailənin iə əsgərlərə dirənməsi isə onların 4 üzvünün həbsi ilə nəticələnib".

Məlumata görə, İsrail qüvvələri çoxlu sayda hərbi maşınla Cenin şəhərinin cənubundakı Arabe qəsəbəsinə də basqın edib: "Əsgərlər burada fələstinli keçmiş məhbuslardan Sabit əl-Mərdavinin evinə zorla girərək onu və oğlunu yenidən həbs ediblər. Bununla bərabər, İsrail əsgərləri 4 hərbi maşınla işğal altındakı Şərqi Qüdsün şimalındakı Er-Ram qəsəbəsinə də basqın edib. Burada həbs olunanlar haqda informasiya hələlik yoxdur".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR