Ukrayna MN: "Rusiya Kiyev və müxtəlif şəhərləri bombalayıb" - "Ruslar müdafiə xəttini yarmağa can atır"

img

15-03-2024 [11:39]


Rusiya ötən gecə 7 S-300 və S-400 zenit-raket kompleksi və 27 ədəd İran istehsallı “Şahed” PUA-sı ilə Ukraynaya sistemli hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.

Bildirilib ki, Rusiya gecə saatlarında S-300/S-400 raketləri ilə Xarkov və Donetsk bölgələrinə ağır zərbələr endirib: "Bu zərbələr dağıntılara səbəb olub. Bununla bərabər, Ukrayna ordusu Kirovoqrad, Nikolayev, Xarkov, Xerson, Xmelnitski, Vinnitsa və Kiyev vilayətlərində yönəldilən bütün PUA-ları havada vurub. PUA-lardan təxminən 15-nin Kiyev yaxınlığında məhv edilib. Hücumda can itkisi və dağıntı olmayıb".

Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski də sosial media hesabındakı paylaşımında cəbhə xəttindəki vəziyyəti dəyərləndirib.

Rusiyanın hücumlarını intensivləşdirdiyi Avdiyivka istiqamətindəki müdafiə xəttinə baş çəkdiyini qeyd edən Sirski bildirib ki, Rusiya bir neçə gündür ki, 3-cü briqada zolağından müdafiə xəttini yarmağa can atır: "Hər gün hücum bölmələri ilə döyüşə göndərilir. Ancaq hırbçilərimiz mətanətə onları geri oturdur...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR