Rusiyada prezident seçkiləri başlayıb - 112 milyon Putinlə bağlı qərar verəcək

img

15-03-2024 [11:26]


Bu gündən Rusiyada üç günlük prezident seçkiləri başlayıb. 

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, hazırkı prezident Vladimir Putinin qalib gələcəyi gözlənilən seçkidə 112 milyon 309 min səsverməyə gedir.

Sabah və bazar günü də davam edəcək 3 günlük seçki prosesində prezident Putinin 3 rəqibindən ona qarşı mübarizə aparacaq elə də samballı namizəd yoxdur.

Yeri gəlmişkən, bu seçkidə Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımdan başqa, Donetsk, Luqansk, Xerson və Zaporojyada da səsvermə keçiriləcək.

Onu da qeyd edək ki, 71 yaşçlı Putin 24 ildir ölkəni idarə edir.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR