İsrail qırıcıları Qəzzada yardım paylama anbarını vurub - Ölən və yaralananlar var

img

15-03-2024 [00:28]


İsrail ordusu Qəzza zolağında humanitar yardım paylama anbarını aviasiya zərbəsi ilə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumata görə, İsrail döyüş təyyarələri bu gün Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki yardım paylama anbarını bombalayıb: "İlkin məlumata görə, nəticədə ən azı 8 fələstinli ölüb, çoxlu sayda yaralı var".

Xəbərdə o da deyilir ki, İsrail döyüş təyyarələri Qəzzanın qərbindəki Şati Qaçqınlar Düşərgəsindəki bir evi də bombalayıb: "Burada isə 15 nəfər həlak olub".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR