İsrail hərbçiləri daha 20 fələstinlini həbs edib

img

14-03-2024 [14:14]


İordan çayının qərb sahilində biri qadın olmaqla daha 20 fələstinli saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi yeni məlumat yayıb.

Məlumata görə, işğal altındakı İordan çayının qərb sahilinin Beytləhm, Qalkilya, Yerixo, Qüds və Hebron şəhərlərində daha 20 fələstinli əsasız olaraq həbs olunub.

Dərnəkdən bildirilib ki, bununla da İsrail tərəfindən həbs olunan fələstinlilərin sayı 7585-ə yüksəlib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR