Rişi Sunak: "Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün tarixi fürsət var"

img

14-03-2024 [12:08]


"Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün tarixi fürsət var".

Bu sözləri Böyük Britaniyanın baş naziri Rişi Sunakın (Rishi Sunak) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

Onun sözlərinə görə, Azərbaycan özünün gələcəyi ilə bağlı yol kəsişməsindədir: "Hazırda Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi fürsət var. Bu ilin noyabrında sülh sazişi imzalandığını görmək sevindirici olardı. Dünyanın təlatümlü olduğu dövrdə fürsətdən yararlanaraq Azərbaycana nəzər salırıq. Azərbaycanla Böyük Britaniyanın münasibətləri inkişaf etməkdədir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Britaniya Azərbaycanın yanında olacaq”.

Qeyd edək ki, Rişi Sunakın məktubunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld (Fergus Auld) səsləndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR