"Baku electronics" Qarabağ veteranını aldadıb - Şikayət

img

14-03-2024 [09:05]


"Mən, "Baku electronics" şirkətinin Qazax filialından mağazadam "Yoshiro" markalı televizor almışdım". 

Bu sözləri Mia.az-a Qazax şəhəri, S.Vurğun küçəsi döngə 2, ev 12-də yaşayan Birinci Qarabağ müharibəsi iştirakçısı, 76 yaşlı Asif Həsənov deyib.

O bildirib ki, bir il zəmanət verilməsinə baxmayaraq, aldığı televizor qısa müddət sonra xarab olub: ""Baku electronics" bir aya yaxındır ki, televizorumu aparıb nə yenisini verir, nə də təmir etdirir. Xahiş edirəm, daimi izləyiciniz kimi, mənim problemimi saytınızda işıqlandırasınız".

Qarabağ veteranı aidyyatı dövlət qurumlarından adıçəkilən mağazalar şəbəkəsinin istehlakçıların hüquqlarını pozan hərəkətini araşdırmağı xahiş edib: "Bu cür kobud qanun pozuntuları cəzasız qala bilməz...".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq