Sabiq nazir müavininə vəzifə verilib - Açıqlama

img

13-03-2024 [16:13]


"Respublika Diaqnostika Mərkəzi" ASC-nin direktoru Oqtay Şirəliyev səhiyyə nazirinin sabiq müavininə vəzifə verib.

Məlumata görə, Oqtay Şirəliyevin müaviq əmri ilə Viktor Qasımov "Respublika Diaqnostika Mərkəzi" ASC-nin ümumi şöbəsinin müdiri və direktorun köməkçisi təyin edilib.

Viktor Qasımov saytımıza açıqlamasında xəbəri təsdiqləyib: "Təqaüddəyəm. Həm də tibb sahəsində - "Respublika Diaqnostika Mərkəzi" ASC-də fəaliyyətimi davam etdirirəm".

Qeyd edək ki, Oqtay Şirəliyev 2005-2021-ci illər səhiyyə naziri olub. Viktor Qasımov isə 2020-2022-ci illərdə nazir müavini vəzifəsini tutub(Qaynarinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq