İrandan Azərbaycana narkotik keçirən şəxs qandallandı - FOTO

img

12-03-2024 [18:03]


Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin hərbçiləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

Mia.az DSX-yə istinadla xəbər verir ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb, sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 275 qram narkotik vasitə (4 kq 995 qr metamfetamin, 1 kq 280 qr marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq