Ərdoğanın müavini Ərbakanı ittiham etdi: "100-ə yaxın bələdiyyə sədri postunu bizdən tələb edirdilər"

img

12-03-2024 [12:39]


AK Partiya sədri Ərdoğanın müavini Efkan Ala Fatih Ərbakanın lideri olduğu Yenidən Rifah Partiyasını ittiham edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Yenidən Rifah Partiyası ilə Cumhur ittifaqında bir çatı altında olmadıqlarını açıq şəkildə bəyanlayıb: "Yenidən Refah Partiyası ilə 31 mart seçkiləri ilə bağlı görüşlərimizdə razılığa gələ bilmədik. Çünki ilk görüşlərdə və ondan sonra bizdən istədikləri yerlər - rayon və böyük şəhərlər idi. Hanıs ki, oradalarda AK Partiya çox rahatlıqla 50-60 faiz səslə qalib  olacaq. Ancaq buna baxmayaraq onlar bizdən bu kimi 100-ə yaxın rayon və şəhər bələdiyyə sədri postlarını tələb etdilər. Bu səbəbdən anlaşa bilmədik".

Prezident Rəcəb Tayyib Ərdoğanın “Bizi həm uduzdurmağa, həm də kölgəmizdə gəzməyə çalışanlara imkan verməyəcəyik” deyə Ərbakanın "bostanı"na daş atmasına toxunan Efkan Ala bu fikrin həqiqət olduğunu təkrarlayıb: "Hətta bizdə məlummatlar var ki, Yneidən Rifah bəzi rayonlarda CHP ilə qol-boyun olub. Bu səbəbdən təkrar edirəm: Yenidən Rifah Partiyası ilə Cumhur İttifaqı çatısı altında deyilik".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq