Əflatun Amaşov: "Yaxın qohum evliliklərinə qarşı qanunvericiliyi sərtləşdirməliyik"

img

12-03-2024 [11:52]


"Yaxın qohum evliliklərinin qarşısını almaq üçün qanunvericiliyi sərtləşdirməliyik".

Mia.az xəbər verir ki, bunu "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov qohum nikahları ilə bağlı ictimai dinləmədə çıxış edərkən deyib.

Onun sözlərinə görə, dinləmədə iştirak edənlər arasında sorğu keçirilsə, 50 faizə qədər insanın ailəsində və ya yaxınında öz qohumu ilə evlənən şəxslərin olduğu ortaya çıxar: "Belə bir söz var, əmiqızı ilə əmioğlunun nikahını Allah göydə kəsir. Bax biz bu problemlərin qurbanı oluruq. Mütləq qanunvericiliyi sərtləşdirməliyik. Yaxın qohumların nikaha cəhdinin qarşısı ciddi alınmalıdır. Burada cərimələr belə rol oynamayacaq. Maarifləndirmə məsələsində isə əsas güc jurnalistlərin üzərinə düşür"(Report)


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA