Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-03-2024 [00:01]
Qoç - Can atdığınız məqsədə çatmaq üçün çox iş görməli olacaqsınız. Rəqiblərlə mübarizədən qalib çıxacaqsınız. Lakin unutmayın ki, itkilər qaçılmazdır. İşdə rəhbərliklə ciddi söhbət, mübahisə, fikir ayrılıqları ola bilər. İş yerini dəyişmək barədə fikirlərin yaranması istisna deyil. Hələlik bu istiqamətdə heç bir konkret addım atmayın. Maraqlı və sərfəli təklifləri gözləyin.
Günün ikinci yarısında yaxınlarınız sizi bütün işlərdə dəstəkləməyəcəklər. Özünüzə qapılmayın, bədbin olmayın. Nikbin davranın, aktiv olun.
Buğa - Çoxları diqqətinizi cəlb etməyə çalışsa da, işdən yayınmayın. Danışdığınız insanları anlamağa çalışın. Boş söhbətlərə, mənasız müzakirələrə qatılmayın. Romantik, işgüzar və ya dostluq müstəvisində yeni münasibətlər başlana bilər. Atdığınız addıma, qəbul etdiyiniz qərara görə heyfsilənməyin. Daha təcrübəli, amma sizinlə müqayisədə özünə və qüvvəsinə daha az inanan rəqiblərinizi üstələyə bilərsiniz.
Günün ikinci yarısı ailə üzvlərindən birinin probleminin həlli, birgə fəaliyyət üçün yaxşıdır. Hamı üçün maraqlı məşğuliyyət düşünün. Səfərə yollanmaq, alış-veriş etmək olar. Yeni bilik, informasiya və məlumatlar əldə etmək üçün əlverişli zamandır.
Əkizlər - Asan yollar, ani qələbələr aramayın. Əks təqdirdə məqsədə çata bilməyəcəksiniz. Seçdiyiniz marşrutlar keşməkeşli, çətin ola bilər. Usanmayın, durmayın, irəliləyin. Məhz bu səbəbdən bədxahlar yolunuzda sədlər və maneələr yarada bilmirlər.
Uzunmüddətli əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi, yeni iş yeri axtarmaq, ezamiyyət, təhsildə yaranmış problemləri həll etmək üçün əlverişli zamandır.
Maliyyə məsələlərində ehtiyatlı olun, alış-verişdə bədxərclik etməyin. Hansısa əşyanı almağı təklif edən adamın təkid və israrlarına fikir verməyin. Bu əşya sizə gərək deyil.
Xərçəng - Soyuqqanlı və məntiqli davranmaqla bir çox məsələlərin öhdəsindən gəlmək olar. Qətiyyətli, iradəli, inadkar olun. Hüquq və maraqlarınızı qoruyun. Bəzi məsələlərdə ifrat səbirli olsanız, uduza bilərsiniz. Hansısa şübhəli, yaxşı tanımadığınız və bələd olmadığınız insanlara görə maraqlarınızı qurban verməyin. Yaxın ətrafdakı insanlar barədə düşündüklərinizi deyə bilərsiniz. Ədalətli və qərəzsiz olun.
Günün ikinci yarısında yaxınlarınız sizi sərt tənqid edəcəklər. İnciməyin, deyilən sözlərdə faydalı ola biləcək ünsürlərə fikir verin və davranışınızda düzəlişlər edin.
Şir - Qarşınıza qoyduğunuz məqsədlər pis deyil, lakin onlara çatmaq üçün seçdiyiniz vasitələr o qədər də yaxşı deyil. Bütün bunlar münasibətlərdə ciddi problemlər yarada bilər. Kəskin zərurət və ehtiyac olmadan hiyləgərlik etməyin. Dedi-qodu yayanlar və intriqaçılardan mümkün qədər uzaq durun. Nüfuzunuzu göz bəbəyi kimi qoruyun.
Günün ikinci yarısında yaşlı qohumlarla ünsiyyət üçün vaxt tapın. Onlar uzaqda yaşamırlarsa, görüşmək üçün səy göstərin. Ailə üzvlərindən biri ilə bağlı xoş xəbər alacaqsınız.
Qız - Yaxın ətrafınızdakı insanların işlərinə gərək olduğundan artıq müdaxilə etməyin. Əks təqdirdə sizi sərtlik və aqressivlikdə suçlaya bilərlər. Bu gün nə qədər sayıq, soyuqqanlı və məntiqli olsanız, bir o qədər yaxşıdır. Maraqlı məlumatlar, informasiyalar olacaq. Dəqiq informasiya axtarırsınızsa, daha fəal davranın.
Günün ikinci yarısı fiziki əmək üçün əlverişlidir. Əhvalınız yaxşılaşacaq. Səfər və ya səyahətə yollana bilərsiniz. Axşam saatlarında normal istirahət edin.
Tərəzi - Darıxmağa vaxt və imkan qalmayacaq. Maraqlı və faydalı işlər arayın. Yeni planların hazırlanmasında, onların tərtibatında təxəyyülünüzü işə salın. Yaxın ətrafınızdakı insanlar əhvalınızı yaxşılaşdıracaqlar. Melanxoliya və ya bədbinliyə qapılsanız, pozitiv məcraya mümkün qədər tez qayıtmağa çalışın.
İşgüzar fəaliyyət sahəsində yeniliklər və dəyişikliklər, anlaşma və sövdələşmələr üçün pis gün deyil. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli olun. Köhnə rəqiblər və bədxahlar sizə dost olmayacaqlar. Amma onlar neytral mövqe tutaraq planlarınızı həyata keçirməyə maneələr yaratmayacaqlar.
Əqrəb - Gün ərzində yaranan kiçik problemlər əhvalınızı poza bilər. Lakin çətinliklərin ağır fəsadları olmayacaq. Hansısa iş alınmayanda, planlar dəyişəndə, görüşlər təxirə salınanda əhvalınızı pozmayın, bədbinliyə qapılmayın. Yaşananlar normal prosesdir. Maliyyə məsələlərində vəztiyyət qəlizdir. İtkilər büdcənizə ağır zərbələr vuracaq. Günün ikinci yarısında diqqətli və sayıq olun. Yaxınlarınızla təmaslarda həssas davranın.
Oxatan - Xoş süprprizlər və müsbət dəyişikliklər vəd edən gündür. Hər şey gözlədiyinizdən də yaxşı ola bilər. Bir qədər əvvəl başladığınız işləri tamamlayın. Yeni planların reallaşdırılmasına başlamaq olar. Yardım və dəstək aramayın, problemlərin öhdəsindən təkbaşına gəlin. Yaxşı gəlir əldə edə bilərsiniz. Uğurlu anlaşmalar şansı var.
Günün ikinci yarısında əməl və ya qərarlarınızda ardıcıl olmasanız, yaxınlarınızda narahatlıq yaranacaq. Onlar sizə görə təlaşlana bilərlər. Hansısa səhvlərə yol versəniz belə, narahat olmayın - hər şey yaxşı sonuclanacaq.
Oğlaq - Müttəfiq və tərəfdaşın düzgün seçimi uğurun yarısıdır. Gün sizə ciddi irəliləyiş vəd edə bilər. Lakin sizə yardım etməyə və dəstək göstərməyə hazır insanlar yanınızdadırlar. İşdə fikir ayrılıqları yarana bilər. Konstruktiv diskussiyanın irad və iddialar mübadiləsinə çevrilməsinə imkan verməyin. İşgüzar maraqları şəxsi münasibətlərdən ayırın. Arzularınızdan biri günün ikinci yarısında çin ola bilər. Uğura doğru əhəmiyyətli addım atmaq üçün şansı əldən verməyin.
Dolça - Yaranan problemləri çətinlik çəkmədən həll edə bilərsiniz. Zahirən asan görünən irəliləyiş və ya uğurların arxasında uzunmdüdətli, inadkar işin durduğunu nümayiş etdirməyin. Maraqlı işgüzar təkliflər ala bilərsiniz.
İşdə rəhbərlik bacarıq və xidmətlərinizi qismən də olsa, görəcək. Yaxşı gəlir əldə edə bilərsiniz. Əldə edilən məbləğin bir qismini alış-verişə sərf etmək olar.
Günün ikinci yarısında vaxtınızı dostlarla keçirə bilərsiniz. Qonaq qəbul etmək, qonaq getmək olar.
Balıqlar - Ötən həftənin sonlarında yaranmış məqsəd və planlara qayıtmaq olar. Həmin planlar hansısa səbəblər ucbatından reallaşmayıbsa, onları bütünlüklə unutmayın. İndi situasiya dəyişib. Kiçik də olsa, irəliləyişlər var. Qətiyyətli olun, aktiv çalışın. Müsbət təmayüllərin təsiri artır. Necə hərəkət etməklə bağlı baş sındırmağa dəyməz. İntuisiyanın siqnalları dəqiq, vaxtındadır.
Yaxınlarınızla münasibətlərdə həssas olun. Ötənlərin münaqişə və fikir ayrılıqlarını unudun. Yeni tanışlıqlar istisna deyil. Günün ikinci yarısında qarşılaşacağınız insan barədə ilkin təəssürata inana bilərsiniz.
Milli.Az
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq