Ermənilər türk düşmənçiliyindən imtina etməsələr... - TƏHLİL
11-03-2024 [16:13]
İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən Alagöz dağı Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. Maraqlısı odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Alagöz dağının möhtəşəm fotosunu öz instaqram səhifəsində paylaşıb. Vurğulayıb ki, ermənilərin Ararat dediyi Ağrı dağı yox, məhz Alagöz dağı Ermənistanın ən uca dağıdır.
Təbii ki, Paşinyan ermənilərə coğrafiya dərsi keçmək fikrində deyil. Mətləb daha incə və daha dərindir. Sirr deyil ki, Ararat dedikləri dağ ermənilər üçün rəmzi məna daşıyır. Miflərə görə, Ararat erməni xalqının doğulduğu yerdir. Bu dağ həmçinin XX əsrdə ermənilərin yaşadığı faciələrin rəmzi sayılır. Ağrı dağı paytaxt İrəvandan möhtəşəm şəkildə görünür. Bu görüntüləri əks etdirən fotolar müxtəlif vaxtlarda siyasi qalmaqallara səbəb olub. Məsələn, ötən il Fransanın xarici işlər naziri Ketrin Kolonna ermənilərə xoş gəlmək üçün sosial şəbəkədə “Mən Ermənistana geri döndüm” şərhi ilə Ağrı dağının fotosunu paylaşmışdı. Türkiyə və Azərbaycan bu provokasiyaya görə Fransaya kəskin etiraz etdi...
Ağrı dağı Türkiyənin ərazisidir. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində, Ermənistandan 32 km qərbdə yerləşir. 5165 metrlik yüksəkliyi ilə Türkiyənin ən yüksək dağıdır. Hələ Sovet dönəmində ermənilər Ağrı dağına, daha doğrusu, Türkiyənin böyük bir hissəsinə ərazi iddiası ortaya qoymuşdular. Ermənistanın məşhur “Ararat” futbol komandasının adı da təsadüfən ortaya çıxmamışdı.
Ermənistanda istehsal olunan konyak və siqaretlər də bu adı daşıyırdı. Ermənilər arasında Ararat kişi adı da məşhurdur...
Onu da xatırladım ki, Ararat dağı Ermənistan Sovet Respublikasının gerbində də öz əksini tapmışdı. Bu məsələ ilə bağlı Atatürk Türkiyəsi ilə Sovetlər arasında siyasi dartışmalar olmuşdu. Sovet rəhbərliyi rəsmi Ankaraya bildirmişdi ki, Türkiyənin bayrağında aypara şəkli var...
Tarixdən o da məlumdur ki, ermənilər öncə Qərbin, sovet dönəmində isə Moskvanın əli ilə Türkiyənin əhəmiyyətli bir hissəsini Ermənistana birləşdirməyə cəhd edib.
Araratla bağlı daha bir önəmli məqam: Türkiyə türkcəsinə “Ermeni Soykırımı Anıt Kompleksi” kimi tərcümə olunan 1967-ci ildə ucaldılmış Tsitsernakaberd abidəsi qondarma soyqırım qurbanlarına həsr olunub. Həmin abidə də Ararat dağına boylanır və bu da ermənilər üçün rəmzi məna daşıyır...
Baş nazirin fikrini göydə tutan ermənilər bu paylaşıma ciddi etiraz ediblər. Məsələn, istifadəçilərdən biri belə yazıb: “Biz dağlarımıza xəyanət etməyəcəyik”. Yəni dünya ermənilərinin “Böyük Ermənistan” iddiasının rəmzi olan Araratı Alagöz əvəz edə bilməz...
44 günlük müharibə və Qarabağda keçirilmiş 1 günlük antiterror tədbirlərindən sonra Ermənistan ciddi sarsıntılar keçirib. Belə bir ortamda Nikol Paşinyan mövcudluğu sual altına düşən Ermənistan dövlətini xilas etməyə çalışır. Ermənistanı məhvə sürükləyən əsas amil isə erməni xalqının düşüncəsində olan və miflərə söykənən “Böyük Ermənistan” xülyasıdır...
Nikol Paşinyan çıxışlarının birində Ararat məsələsinə toxunarkən deyir ki, hər birimizdə bu məsələyə ikili münasibət mövcuddur: tarixi Ermənistan, yoxsa real Ermənistan daha önəmlidir. Onun sözlərinə görə, indi ermənilər üçün sual budur: “Real mövcud olan Ermənistan tarixi Ermənistana xidmət etməlidir, yoxsa tarixi Ermənistan real mövcud olan Ermənistana?”
Müşahidəçilər qeyd edir ki, Nikol Paşinyanın ofisində Alagöz dağının görüntüsü yer alır. Müvafiq olaraq dövlət idarələrində Ağrı dağının görüntüləri yığışdırılır.
Paşinyan ermənilərin əsas problemi haqqında obrazlı şəkildə belə deyir:
“Bizim bütün problemlərimiz - tamamilə bütün problemlərimiz - Ararat və Araqats (Alagöz) dağları arasındadır”.
Baş nazirin sözünün canı odur ki, biz Ararat məsələsini unudub Ermənistanın daxilində olan Alagözlə kifayətlənməliyik...
Ancaq mühafizəkar ermənilərin düşüncəsini dəyişmək mümkünsüz görünür. İrəvandakı idman məktəbinin məşqçisi Vardan Tovmasyan deyir: “Ermənistanın əsas hissəsi oradadır, (Türkiyəni nəzərdə tutur) burada yox”. “Ararat yenidən Ermənistanın tərkibinə daxil olacaqmı” sualına o, belə cavab verir: “Bəli, bu, hər bir erməninin arzusudur... Dünya xəritəsi o qədər tez-tez dəyişir ki. Heç vaxt “heç vaxt” demə”...
Gördüyünüz kimi, Nikol Paşinyan bu qafada olan erməniləri reallıqla barışmağa dəvət edir. Deyir ki, miflərin dalınca gedən ermənilər əllərində olan-qalanı da itirə bilərlər.
Özü də Nikol Paşinyan bu barədə çoxdan və təkidlə danışır. Hətta erməni uşaqlarına belə bu məsələni izah etməyə çalışır. Belə ki, 2023-cü ilin mayında Paşinyan kameralar qarşısında tonqal ətrafında oturan bir qrup uşaqdan Ermənistanda ən yüksək dağın hansı olduğunu soruşdu. Uşaqların çoxu Ararat dedi, bir nəfər Araqat söylədi. Bəlkə də öyrədilmiş uşaq idi. Fürsətdən yararlanan Nikol Paşinyan dedi: “Bax, bəziləri Ararat dedi, bəziləri Araqat. Ararat deyənlər başqa şeyi nəzərdə tutur. Araqat deyənlər Ermənistan Respublikasından danışdılar. Vətən və dövlət anlayışlarını ayırd edəndə hamımız çaşırıq. Biz daim vətənlə dövlət arasında seçim etməliyik. Seçimimiz dövlətin xeyrinə olmalıdır. Çünki seçimimizi dövlətin xeyrinə etməsək, daim uduzmuş olacağıq”.
“Türkiyədə deyirlər ki, Türkiyə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bəlli əraziyə malikdir. Əgər bu uşaqlar bu gün Ermənistanın ən yüksək dağının Araqat dağı deyil, Ararat olduğunu deyirlərsə, bu o deməkdirmi ki, Ermənistan Respublikası Türkiyəyə ərazi iddiası irəli sürür?”
Şübhəsiz ki, bu sözlər uşaqlara deyilsə də, əslində erməni cəmiyyətinə ünvanlanıb...
O da bəllidir ki, Nikol Paşinyan məktəblərdə keçirilən “Erməni tarixi” fənnini “Ermənistan tarixi” ilə əvəz etməyi təklif edib.
Bir şeyi də deyim. Sovet dönəmində ermənilər Türkiyəyə qarşı torpaq iddialarını reallaşdıra bilmirdi. Çünki Sovet rəhbərliyi, xüsusən II Dünya müharibəsindən sonra belə şeylərə maraq göstərmirdi. O vaxt Türkiyəyə əli çatmayan ermənilər digər türk dövlətinə - Azərbaycana əl atdılar. Öncə Sovet, daha sonra isə Rusiya rəhbərliyinin köməyi ilə Azərbaycan ərazisinin dörddə birini işğal etdilər. Etnik təmizləmə siyasəti yürüdərək 1 milyona yaxın insanı öz dədə-baba yurdundan didərgin saldılar...
Ermənistan nədən Türkiyə və Azərbaycanla anlaşa bilmir? Bu sualın cavabı bəllidir: “Böyük Ermənistan” düşüncəsinə köklənmiş xalq daim revanşizmə can atır. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə dəfələrlə toxunub. Məsələn, “Bizə Ermənistanda heç bir revanşizm cəhdinin olmayacağına dair möhkəm, təsdiqlənmiş təminat lazımdır. Bu, bizə nə üçün lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik”, - deyə Azərbaycan Prezidenti 2023-cü ilin dekabrında bildirib.
Ermənistan konstitusiyasına görə, Qarabağ Ermənistana birləşib. Təbii ki, belə bir Ana Yasaya malik ölkə ilə Azərbaycan sülh sazişi imzalaya bilməz. Ermənistanın Türkiyəyə ərazi iddiası barədə də erməni konstitusiyasında maddə var. Rəsmi Ankara da bununla razılaşa bilməz. Ona görə də Azərbaycan açıq, Türkiyə isə diplomatik kanallar vasitəsi ilə Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir.
Bu ilin yanvarında verdiyi müsahibəsində Paşinyan konstitusiyanın dəyişdirilməsinin zəruriliyini təsvir etmək üçün mürəkkəb metaforadan istifadə edib: “Yol boyu gedirik və yolun hər iki tərəfində öküzlərin dayandığını görürük. Bir-birimizə baxırıq və görürük ki, hamımız qırmızı geyinmişik. Və bu qırmızı paltarları mənim üçün mərhum, sevimli nənəm toxuyub. Mən də bütün həyatım boyu bu geyimdə olmuşam və onlar mənim üçün müəyyən mənada talisman olub. Bunu müzakirə edib qərar verməliyik... Qırmızı paltarımızı dəyişdirməklə (biz mövcud olacağımıza) zəmanət almırıq. Qırmızı paltarı geyinməklə mənfi zəmanət alırıq. Amma bəzi başqa paltarlar geyinməklə biz zəmanət yox, şans qazanırıq. Ağıllı hərəkət etsək, biz bu şansı zəmanətə çevirə bilərik”.
Öküz dedikdə Nikol Paşinyan Türkiyə və Azərbaycanı nəzərdə tutur. Açıq şəkildə deyir ki, nəsildən-nəslə ötürülən türk düşmənçiliyi (qırmızı paltar) erməniləri korrido döyüşlərindəki kimi hədəfə çevirir. Ermənilər qırmızı paltardan, yəni türk düşmənçiliyindən imtina etməklə öz mövcudluqlarına zəmanət ala bilərlər. Əks təqdirdə ermənilər həmişə Türkiyə və Azərbaycanın hədəfində olacaqlar...
Elbəyi HƏSƏNLİ
MİA.AZ
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarıd olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satıı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndində: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
Göygölün yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Sabiq prezidentə yumurta ilə hücum olub - "Alçaq!"
TƏHSİLİ GÖZLƏYƏN TƏLATÜM... - Kamran Əsədov yazır
SAXTA ÇAYLAR BAZARI BÜRÜYÜB: "Başqa ölkələrdən gətirilən çayları təmiz çaya qarışdırırlar" - AÇIQLAMALAR
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib
PA rəsmisi daha bir icra başçısını kollektivə təqdim etdi - FOTO
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
DÇ-2026: Nigeriya finalın bir addımlığında - Osimhen iki qol atıb
Ağalı kəndinə növbəti köç olub
Rusiyanın döyüş təyyarəsi Finlandiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb