"Barselona"nın keçmiş məşhur futbolçusu intihar edib? - Jurnalist məhkəməyə veriləcək

img

11-03-2024 [11:01]


Barselonada barda 23 yaşlı qadını tualetdə zorlamaqda ittiham olunaraq həbs edilən Braziliya milli komandasının və "Barselona"nın keçmiş sağ cinah müdafiəçisi Dani Alveşin həbsxanada canına qıyması barədə dünya mediasında xəbərlər tirajlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan xəbərə məşhur futbolçunun vəkili operativ rüaksiya evrib.

Futbolçunun vəkilləri braziliyalı jurnalist Paulo Albuquerquenin iddiasını yalanlayaraq, cinsi təcavüzə görə 4 il yarım həbs cəzası alan Alveşin həbsxanada intihar etmədiyini bəyan ediblər: "Məlumatı Rio-de-Janeyrodan jurnalist Paulo Albuquerque sosial şəbəkə profilində dərc edib. Bu iddianın heç bir əsası yoxdur. Bu iddianı irəli sürən məsuliyyətsiz adamı məhkəməyə verəcəyik”.

Xatırladaq ki, 40 yaşlı Dani Alves 2023-cü ilin yanvarından Barselonada həbsdədir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq