Ramazan ayının başlaması ilə bağlı fətva verilib - Təqvim

img

07-03-2024 [11:52]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib.

Mia.az xəbər verir ki, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.

Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: "Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcəkdir. Ramazani-şərifin gəlişi münasibətilə sözü imzası qədər keçərli, siyasi iradəsi, prinsipiallığı ilə ən yeni Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən və prezidentliyinin yeni mərhələsinə qədəm qoyan dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR