Dövlətə məxsus daha 6 maşın hərracda satılıb

img

07-03-2024 [17:35]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, hərrac rəqabətli olub. İlkin qiyməti 1000 manat olan QAZ-31105 markalı avtomobil 2620 manata özəlləşdirilib.

Hərracda satılmış əmlakların siyahısı ilə https://clck.ru/39EKj2 linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 12-13 martda keçiriləcək. Hərraclara 85 nəqliyyat vasitəsi, "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının balansında olan 20 daşınmaz əmlak çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq