Rəsmi Moskvadan müharibə xəbərdarlığı: "Əgər bu addım atılsa, Rusiya Amerika təyyarələrini məhv edəcək”

img

06-03-2024 [16:27]


Rusiya NATO və ABŞ-ı açıq şəkildə təhdid edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu açıq xəbərdalrlığı ölkəı Xarici İşlər Nazirliyi ABŞ-ın Finlandiyaya nüvə başlıqları yerləşdirəcəyi barədə xəbərə cavabda bəyan edib.

XİN bildirib ki, əgər belə bir addım atılarsa, o zaman həmin hədəflər Rusiyanin qanuni zərbə obyektində olacaq: "Üstəlik, Ukraynada Rusiyaya qarşı döyüş sursatı daşıyan ABŞ təyyarələrini məhv edəcək".

Soçidə keçirilən Ümumdünya Gənclər Festivalında jurnalistlərin suallarını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, ABŞ Şimali Avropaya nüvə silahı yerləşdirilərsə, Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişə ssenarisi gerçəkləşəcək: "Bu, Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişə ssenarisini masaya gətirəcək. Bu səbəbdən qonşu ölkələr bu silahları ölkəsinə gətirməzdən əvvəl düşünməlidir".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR