"Bu, bizim günahımız deyil" - Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
02-03-2024 [10:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib.
Mia.az müsahibəni təqdim edir.
“Euronews”: Xahiş edirik, ilk növbədə, bizə bugünkü tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə danışasınız.
Prezident İlham Əliyev: Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.
“Euronews”: Bu il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bu bərpaolunan enerji layihələrinin həyata keçirilməsi həqiqətən də Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərir.
Prezident İlham Əliyev: Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.
Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.
“Euronews”: Sizin çıxışınızda bir məqam xoşuma gəldi. Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Siz söylədiniz ki, onlar ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir. Siz həqiqətən də belə hesab edirsiniz, elə deyilmi?
Prezident İlham Əliyev: Bəli, əlbəttə. Bu işdə bir qədər mövzu dəyişilməlidir. Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.
“Euronews”: Cənab Prezident, Zati-aliləri, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm.
Kor bağırsaqdan əməliyyat olunan xəstə bir gün sonra ölüb
Cavanşir Quliyev özünə məzar hazırlatdırıb: “İnsan öləndən sonra..."
Müğənni Aygün özünə bəysiz toy edib - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
PUTİN İSTANBULA GEDİR: "O, mənim orada olmağımı istəyir..."
Roma Papasının Türkiyəyə səfəri: əsas səbəb və... - TƏHLİL
DİM-dən abituriyentlərə xəbərdarlıq - SİYAHI
İcra Hakimiyyəti araşdırır, deputat isə... - Şura sədrliyindən qovulan biznesmen haqqında açıqlamalar
Deputat və 4 bələdiyyə sədri Ərdoğanın partiyasına keçdi - FOTOLAR
Tramp Qətərə gəlib
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Blogerlərin reklam elədiyi "şirkət rəhbəri" tutuldu
Mirzoyan: "İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır"
İcra başçısının müavini vəzifəsindən çıxarıldı - "Yıxıldım, çanaq sümüyümdə çat yaranıb"
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb
Yeni Hərbi prokuror kollektivə təqdim olunub - FOTO
Prezident ona yüksək vəzifə verdi - Sərəncam + FOTO
Daha bir deputat istefa verdi
İranda qum fırtınası: bəzi şəhərlərdə məktəblər bağlanıb
Məhkəmə Gənc Qazilər Birliyinin sədrinə "yox" dedi
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Sabah yağış yağacaq
İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir
Lüksemburqda Avropa Şurasının 134-cü sessiyası başlayıb
"Tramp ABŞ iqtisadiyyatının böyüməsinə zərər verir"
Abşeronda əməliyyat keçirilib - 48 kq narkotik vasitə aşkarlanıb
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Zelenski Albaniya və İtaliyaya səfər etməyi planlaşdırır
Vətəndaşların bank kartlarından yenə pul oğurlanıb
Nazir bu xanıma yüksək vəzifə verdi - Leyla Muradzadə kimdir?
Azərbaycan nefti daha bir dollar bahalaşdı
Leyla Quliyeva direktor təyin olunub - Nazir əmr imzaladı
"Fənərbağça"nın sabiq futbolçusu Acun Ilıcalıya "tərs şapalaq" atdı
ORDUMUZ ERMƏNİSTANIN NÖVBƏTİ TƏXRİBATINA CAVAB VERİB - MN açıqladı
“Rusiyanın cavabını gözləyirik” - “Biz üçüncü dünya münaqişəsinə başlamaq istəmirik”
Makron: "Bu suala Prezident olaraq cavab verə bilmərəm" - "Bölgədə səlahiyyət sahibi Trampdır..."
"Pepe" kimi tanınan sabiq dövlət başçısı vəfat edib
Ərdoğan Trampı "yola gətirib" - ABŞ Suriyaya sanksiyaları ləğv edir
Xəstəxana bombalanıb - 36 nəfər ölüb, yaralananlar var
Baş nazir Ərdoğana təşəkkür edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kənd təsərrüfatı naziri COVID-19-a yoluxub