Əvvəl qaynını öldürdü, daha sonra isə... - Sumqayıtdakı hadisə ilə bağlı açıqlamalar

img

02-03-2024 [09:19]


Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində qətl hadisəsi törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.

***

Cinayət hadisəni törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayılb.

Araşdırma aparılır.

Mia.az-ən əldə etdiyi məlumata görə, Ceyhun Rzayev qaynını yaşadığı binanın qarşısında öldürdükdən sonra sirk içərək intihara cəhd edibmiş...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR