Yevlaxda qətl: 38 yaşlı ər arvadını öldürdü

img

02-03-2024 [09:05]


Martın 2-də saat 03 radələrində Yevlax şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az xəbər verir ki, bu barədə Yevlax rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR