Türkiyədə Universitet Xəstəxanasının həyətində silahlı insident: 7 nəfər yaralanıb, 1-nin vəziyyəti ağırdır

img

01-03-2024 [21:02]


Bu gün Türkiyənin Dənizli şəhərində yerləşən Pamukkale Universiteti Xəstəxanasının həyətində silahlı insident olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, naməlum şəxs xəstəxananın həyətindəki kafedəkiləri atəşə tutub.

Məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Dənizli valiliyindən bildirilib ki, kafeni atəşə tutan şəxs axtarılır.

Türkiyə mətbuatı yazır ki, silahlı şəxs əslində kafedə olan bir nəfəri öldürmək istəyib.

Fakt hərtərəfli araşdırılır.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR