Xocalıda kütləvi məzarlıqdan tapılan qalıqların sayı artır - Açıqlamalar (YENİLƏNİB)
03-03-2024 [11:46]
Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 1 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 14 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə məruz qalmaları, onların fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları müəyyən edilib.
Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
***
Xocalıda kütləvi məzarlıqdan daha üç nəfərin qalıqları tapılıb.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verib.
Bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
Diqqətə çatdırılıb ki, ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 3 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 13 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə, qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalmaları, əllərinin kəndirlə bağlanmaları, o cümlədən fərdi qaydada və mənsub olduqları dinin tələblərinə uyğun olmayan formada dəfn olunmaları müəyyən edilib.
Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
***
Martən 1-də Xocalıda aşkar edilən kütləvi məzarlıqdan daha beş nəfərin qalıqları tapılıb.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Baş prokurorluğun yaydığı məlumat əsasən, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.
Aşkar edilən sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlarla birgə hadisə yerinin müayinəsi davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Avropa Liqası: iki ingilis komandası finalda "döyüşəcəklər"
Daha bir dövlət başçısı İlham Əliyevə zəng edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nihat Kahveciyə ağır cəza verildi - Uşaqlarına həsrət qalacaq
Katoliklər yeni Papa seçdi - İlk dəfə amerikalı dindar Vatikana rəhbərlik edəcək (FOTO)
Superkubokun yeni formatı açıqlandı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Ermənilər Bakıda hakim qarşısında: Kəlbəcərin işğalı faktını əks etdirən videomaterial nümayiş olunub (Yenilənib)
Starmerdən ABŞ-la tarixi razılaşma haqda açıqlama: "Prezident və mən bir-birimizə hörmət edirik və..."
Okan Buruk seçim edib
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
Qəzzada ölənlərin sayı artıb
“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam
"Səhiyyə TV" televiziya kanalının adı dəyişib
Fikrət Qoca ilə bağlı sərəncam imzalandı
Nazirliyə 5 milyon manat vəsait ayrılıb - Sərəncam
Vyetnamın Baş katibinin Azərbaycana səfəri başa çatıb
İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Milli Məclis bəyanat verdi - MƏTN
Axtarışda olan daha dörd nəfər Azərbaycana ekstradisiya edilib
AYNA-nın "aynasız işləri"... - FOTOLAR
Metz: "Böyük məsuliyyət hələ də üzərimizdədir"
Almaniyanın yeni kansleri: "Rusiya ən böyük təhdid olaraq qalır"
Rövnəq Abdullayevin qızının ərinin bankı indi də "keşbək"ləri kəsdi
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTOLAR
“Nar”ın baş icraçı direktoru Gəncədə konfransda çıxış edib - FOTO
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
Abşeronda İran vətəndaşı tutulub
Bir qrup tanınmış şəxs Tofiq Yaqublu ilə bağlı müraciətə imza atdı
Sabahın hava proqnozu açıqlandı
Azercell-in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib
Baş katibin xanımı İçərişəhərlə tanış olub
Milli Məclis bəyanat verəcək
Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var
Azərbaycan nefti 63 dollara düşdü
Musiqi müəllimlərin attestasiyası: növbəti mərhələ başlayır