Rey Kərimoğlu Bakı Reablitasiya Mərkəzinə yerləşdirilib

img

28-02-2024 [17:28]


Yüksək təzyiqdən əziyyət çəkən tanınmış jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Reablitasiya Mərkəzinə yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Rey Kərimoğlu Qaziler.az-a özü məlumat verib.

Qarabağ qazisi bildirib ki, o, bir müddət bu bərpa mərkəzində müalicəsini davam etdirəcək.

Xatırladaq ki, fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist Rey Kərimoğlu fevralın 27-də həmin xəstəxanadan çıxıb.

Qeyd edək ki, Qarabağ qazisinin səhhəti hələ də normallaşmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq