Məşhur aktyorun evindən 72 silah çıxıb

img

28-02-2024 [09:37]


Daha çox "Samuray" filmi ilə hafizələrdə qalan fransız kino ulduzu Alen Delonun evindən axtarış aparılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa polisi tərəfndən Parisdən təqribən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbonda Alen Delona məxsus evdə aparılan axtarışda 72 müxtəlif markalı silah və 3 mindən çox güllə aşkarlanıb.

Bundan başqa, aktyorun evində atış poliqonu da varmış.

Xatırladaq ki, dünya kinosunun canlı əfsanələrindən olan 88 yaşlı aktyor 1967-də çəkilən "Samuray" və 1970-da çəkilən "Borsalino" kimi hit filmlərdə sərt görünüşlü obrazları daha çox tanınır.

Məlumatda deyilir ki, 3 uşaqları arasında məhkəmə çəkişmələri və sair xoşagəlməz hallara görə aktyor tənha yaşayır. Onun səhhətində ciddi problemlər də var. Delon 2019-cu ildə insult keçirib.

Aktyor son 5 ildə hər hansı bir ictimai məkanda görünməyib. 

Delonun aktyor kimi ictimaiyyətə sonuncu çıxışı 2019-cu ildə Kann Film Festivalında fəxri Qızıl Palma budağı alması mərasimində olub.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq