Bakıda daha bir narkuryer saxlanılıb

img

27-02-2024 [17:44]


Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyev saxlanılıb.

Mia.az xəbər verir ki, həmin şəxsdən külli miqdarda 3 kiloqram 105 qram narkotik vasitə olan marixuana aşkar edilib.

S. Nəbiyev marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Araşdırmaların gedişi zamanı saxlanılan şəxsin iranlı narkotacirlə əlaqələri, onun dediyi ünvanlarda narkotik vasitələri yerləşdirməyi sübuta yetirilib. S. Nəbiyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR