Xocalıda öldürülən qızcığaza… - Əli Bağışın Xocalı ağısı

img

26-02-2024 [10:50]


İllər, qərinələr, əsrlər keçəcək
Neçə nəsillər gəlib - gedəcək
Sən elə həmişə gözəl qalacaqsan, mənim balam...
Öldürülmüş mələk qalacaqsan mənim balam...
Nə Sənin yanında durub, Səni qoruya bildik.
Nə də Kişi olub qisasını ala bildik!
Elə kor Allahın, kar mələkləri kimiydik:
Nə gördük,
nə eşitdik,
nə harayına yetişdik!
Beləcə sürünürük:gözükölgəli…
Beləcə gəbərəcəyik :başıaşağı…

…Bəlkə gözlərindəki son sözün
Elə bu idi mənim balam:
-Bilirsənmi nə boyda günah sahibisən ,Yaradan?!

26.02.2020.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR