APREL AYINDA 5 GÜN ARDICIL İŞ OLMAYACAQ - Hökumət qərar verdi 

img

24-02-2024 [14:51]


Bu ilin aprel ayında Ramazan bayramı ilə əlaqədar 5 gün ardıcıl iş günü olmayacaq.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədov qərarına əsasən, aprel ayında iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişib.

Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR