Braziliyada futbolçuların olduğu avtobusa bomba atılıb - Yaralılar var

img

23-02-2024 [00:11]


Brazilyada sensasiyalı hadisə baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Braziliya Liqasında "Sport Recife" - "Fortaleza" arasında 1:1 bitən matçdan sonra azarkeşlər "Fortaleza" komandasının avtobusuna hücum ediblər.

Məlumata görə, azarkeşlər avtobusu daşlamaqla yetinməyib. Onlar avtobusa əl bombası da atıblar.

Brazilya mətbuatı yazır ki, nəticədə 6 futbolçu yaralanıb: ""Fortaleza" komandasından Titi, Britez, Co Rikardo, Saşa, Dudu və Eskobar yaralanıb. Klubun baş direktoru Marselo Paz, prezident Aleks Santiaqo və idarə heyəti üzvləri yaralananlarınn təhlükəsiz qaydada xəstəxanaya çatdırılması üçün onları müşayiət ediblər".

Xəbərə görə, komandanın futbolçuları təhlükəsiz qüvvələrinin qurduöu çəmbərlə otelə yerləşdiriliblər.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq