DİM imtahanlara giriş qiymətini artıracaq? - Ekspertdən şərh

img

22-02-2024 [16:12]


Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ili 2,317 milyon manat xalis zərərlə başa vurub.

Bu barıdə qurumun maliyyə hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə 13,2 dəfə çoxdur.

Maraqlıdır, bu zərərdən dolayı DİM imtahanlara giriş qiymətini artıra bilərmi?

Mia.az xəbər verir ki,  təhsil eksperti Elşən Qafarov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, bu qədər zərərin olması absurd görünür:

“Dövlət İmtahan Mərkəzinin bir ildə 2 milyon zərər etməsi bir az absurd görünür. Çünki Dövlət İmtahan Mərkəzinin böyük bir aparatı yoxdur. Bu, tam inandırıcı deyil ki, ziyanla işləyir. Verilən statistikaya inansaq, onsuz da bugünkü imtahan mexanizmi Azərbaycan təhsilində böyük bir səddir, maneədir. DİM olaraq da islahata getmək istəmirlər".

O bildirib ki, bu xərclərdən xilas olmaq üçün DİM islahatlara getməlidir:

"Düşünürəm ki, DİM-in bütün bu xərclərdən qurtulmasının zamanı gəlib. Test, vəsait hazırlamaq kimi səlahiyyətləri DİM-dən almaq lazımdır. DİM sadəcə olaraq imtahanları keçirən texniki quruma çevirilməlidir. Bununla da DİM xeyirlə işləyən quruma çeviriləcək, ziyandan azad olacaq. DİM-in strukturunda ümumiyyətlə, dəyişiklik etmək lazımdır".

O, DİM-in bu açıqlamasını imtahan ödənişlərinin artırılması üçün atılan addım ola biləcəyini bildirib:

"Çox güman ki, bu, imtahanların qiymətini artırmaq üçün verilən açıqlamadır. Bununla əsaslandıraraq imtahanların qiymətini artıra bilərlər. Görünür, bu, ona işarədir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR