Məşhur aktyor boşanır - Açıqlama

img

22-02-2024 [13:57]


13 il əvvəl evlənən və bir övladları olan məşhur aktyor Cemal Hünalla arvadı, aktrisa Lale Canqal boşanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onlar ölkə mətbuatında yayılan xəbəri təsdiqləyiblər.

“İssız Adam” filmindəki rolu ilə yadda qalan, hazırda "Hudutsuz Sevda" serialında baş rolda çəkilən Cemal Hünal və Lale Canqal xəbərlə bağlı "İnstaqram" hesablarından birgə paylaşım ediblər: "Bir müddətdir mətbuatda yer alan xəbərlə bağlı açıqlama verməyə ehtiyac duyduq. Düzdür, evlərimizii artıq ayırmışıq, ayrı-ayrı evlərdə yaşayırıq. Ancaq hələ ki, boşanma üçün rəsmi müraciət etməmişik".

Cütlük ortada bir oğullarının olmasına işarə vuraraq, prosesinona təsirsiz yekunlaşmasına çalışdıqlarını deyib: "Yekun qərarı paylaşacağıq. O vaxta qədər sizdən xahiş edirik ki, ailəmizin keçdiyi bu həssas prosesə hörmətlə yanaşasınız və bizim tərəfimizdən olmayan heç bir açıqlamaya etibar etməyəsiniz".

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR