İctimai Şuranın sədri: "Görüntüdə 2 qız dalaşıb, amma arxada..."

img

22-02-2024 [13:05]


Bildiyiniz kimi, bir neçə gün öncə sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.

Hadisə nəzarətə götürülüb və cinayət işi qaldırılıb. Hadisədən sonra Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova və digər üzvlər məktəbdə olublar. Həmçinin, bir sıra aidiyyəti qurumlar da rəsmi açıqlama yayıb.

Hazırda İctimi Şura məsələ ilə bağlı araşdırmalarını davam etdirir?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, istintaqın gedişinə mane olmaq olmaz:

"Məktəblə iş aparılmasına baxmayaraq, orada davranış qaydaları qəbul edilib və prosesura görə atdıqları bütün addımlar qanunvericilik çərçivəsindədir. Yalnız məsələ hüquqi nəticələnəndən və hüquq- mühafizə orqanları yekun qərarı verdikdən sonra biz də araşdırmamıza başlaya bilərik. Hazırda bizim fliyyətimiz tərəflərə müdaxilə kimi anlaşıla bilər. Ona görə istintaqın gedişinə mane olmaq istəmirik".

O bildirib ki, hadisənin arxa planında da çözüləsi məsələlər var:

“Əslində istintaqın çox ciddi aparılacağı müəyyən məqamlar var. Görüntüdə belədir ki, 2 qız dalaşıb, bir-birinə zorakılıq edib, amma arxada bizim görmədiyimiz məsələlər var. Yekunlaşsın, biz ailələrlə, uşaqlarla işləyəcəyik. Ona görə indiki məqamda hadisənin iştirakçılarına qanunla müdaxiləyə icazə verilmir".

G.Səfərova bütün proseslər bitəndən sonra ailəyə müdaxilələrin olacağını bildirib:

"Amma tək 156 nömrəli məktəb yox, digər məktəblərdə də şagird davranış qaydaları, məktəb daxilində və xaricində bulliqin aradan qaldırılması ilə bağlı antibulliniq siyasəti haqqında yeni və fərqli strategiya hazırlayırıq. Mənə elə gəlir bu hadisə icmamızda hər an baş verə bilən hadisədir. Təəssüflər olsun ki, zorakılıq tək məktəblərdə yox cəmiyyətdə də artmaq üzrə gedir. Yekunda bütün proseslər bitəndən sonra ailəyə müdaxiləmiz olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR